Batumidə keçirilən aksiyada vəziyyət gərginləşib - Saxlanılanlar var
Acarıstan Hökumət Evinin qarşısında keçirilən aksiyada səs-küy və qarşıdurma yaranıb.
Qarşıdurma, xüsusilə, müxalif siyasətçi, “Dəyişikliklər Koalisiyası”nın liderlərindən biri olan Elene Xoştariyanın binaya stikeri yapışdırmağa çalışmasına polisin imkan verməməsindən sonra başlayıb.
Daha sonra polis Elene Xoştariyanı və digər müxalifətçi Giorgi Kirtadzeni avtomobilə mindirərək ərazidən uzaqlaşdırıb. “Dəyişikliklər Koalisiyası”nın mətbuat xidmətinin məlumatına görə, hər iki şəxs saxlanılıb.
Hazırda vəziyyət ərazidə hələ də gərgin olaraq qalır.
mənbə: interpress