Batumidə 2 yaşadək uşaq 8-ci mərtəbədən yıxılaraq həyatını itirdi

Aug 29, 2026 - 19:23
 0  8
Batumidə 2 yaşadək uşaq 8-ci mərtəbədən yıxılaraq həyatını itirdi
: :
playing

"Adjara Times"ın məlumatına görə, Batumidə bina binasının səkkizinci mərtəbəsindən 2 yaşadək uşaq yıxılaraq hadisə yerində vəfat edib. Bədbəxt hadisə İnasaridze küçəsində baş verib. Hazırda orada istintaq tədbirləri aparılır.

XEBER.GE xeber  verir ki, "TVPirveli"nin verdiyi məlumata görə, ana uşağı yatızdırıb qonşuya keçib, geri qayıdanda isə uşağın pəncərədən yıxıldığını görüb.

"TV Pirveli"yə bildirildiyinə görə, gənc qadın Qırğızıstandandır, o, Batumidə azyaşlı övladı ilə birgə kirayədə yaşayırmış.

Faktı Daxili İşlər Nazirliyi təsdiqləyir. Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 116-cı (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi üzrə başladılıb.