“Batumelebi”yə qarşı tətbiq edilən inkasso məqsədyönlü repressiyadır
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili Gəlirlər Xidməti tərəfindən “Batumelebi” nəşriyyatının hesablarına inkasso qoyulmasına münasibət bildirib.
O, bu addımı müstəqil mediaya qarşı məqsədli cəza və təzyiq aktı kimi qiymətləndirib.
“Gürcüstanda terror – hökumət müstəqil media qurumu olan ‘Batumelebi’nin hesablarını jurnalist Mzia Amaghlobelinin məhkəmə prosesindən cəmi bir neçə gün əvvəl dondurdu – bu açıq-aşkar cəza aktıdır. Bu, ədalət deyil. Bu, məqsədyönlü repressiyadır,” – deyə Zurabişvili sosial şəbəkə platforması X-də yazıb.
Xatırladaq ki, bu gün “Batumelebi” redaksiyası məlumat yayaraq bildirmişdi ki, Gürcüstan Gəlirlər Xidməti onların hesablarına inkasso qoyub. Rəsmi səbəb kimi 47 min lari məbləğində maliyyə borcu göstərilib. Redaksiya isə bu addımı jurnalistə və media qurumuna təzyiq kimi qiymətləndirir.
mənbə: interpress