Batumda İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Türkiyə vətəndaşı saxlanıldı

Aug 24, 2026 - 11:25
 0  10
Batumda İnterpol tərəfindən qırmızı bülletenlə axtarılan Türkiyə vətəndaşı saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin əməkdaşları İnterpolun qırmızı bülleteni ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının sorğusu əsasında İnterpolun qırmızı bülleteni ilə axtarışda idi.

Hüquq-mühafizəçilər keçirilmiş istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Batumda tutublar.

Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam etdirilir.