İrakli Qaribaşviliyə xüsusilə külli miqdarda rüşvət almaqla bağlı yeni ittiham irəli sürüldü
İrakli Qaribaşviliyə yeni ittiham irəli sürüldü — iş korrupsiya cinayəti və rüşvətalmaya aiddir.
XEBER.GE xeber verir ki, bu barədə Baş prokurorun müavini Amiran Quluaşvili keçirdiyi brifinqdə bəyan edib.
Məlum olur ki, keçmiş müdafiə naziri Cuanşer Burçuladze istintaqla əməkdaşlıq edib.
"Gürcüstan Prokurorluğu qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xüsusilə külli miqdarda rüşvət alma faktı üzrə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşviliyə ittiham elan edib", — deyə Amiran Quluaşvili bildirib.
Qaribaşviliyə irəli sürülən yeni korrupsiya ittihamı 11 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.