Bakıda arvadını namaz qılarkən öldürməkdə şübhəli bilinən şəxs Gürcüstanda ƏLƏ KEÇDİ

Arvadını qətlə yetirib Gürcüstana qaçan şəxs saxlanılıb.
Xeber.ge xəbər verir ki,
Bildirilib ki, fevralın 8-də saat 23 radələrində Xəzər rayonu Binə qəsəbəsində evlərin birində 1976-cı il təvəllüdlü Lamiyə Məmmədovanın küt alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ramil Məhərrəm oğlu Məmmədov Gürcüstan Respublikasında saxlanılıb.
Onun ölkəyə ekstradisiyası üçün tədbirlər görülür.
mənbə: oxu.az