Azərbaycanda hər gün nə qədər insan vəfat edir?

May 15, 2025 - 15:21
 0  29
Azərbaycanda hər gün nə qədər insan vəfat edir?

Bu ilin yanvar-mart aylarında (90 gün ərzində) 14 mindən çox ölüm qeydə alınıb.

Xeber.ge xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin yanvar-mart aylarında ölkədə 14 min 172 ölüm halı qeydə alınıb. Bu isə gündəlik (hər gün) ortalama 157,5 ölüm halı deməkdir.

ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 6,2-dən 5,6-ya düşüb.

mənbə: azshafaqna.com