Tramp İranın dronlarından danışdı

May 15, 2025 - 15:16
 0  16
Tramp İranın dronlarından danışdı

ABŞ prezidenti Donald Tramp deyib ki, ABŞ İran qədər ucuz və effektiv pilotsuz təyyarələr istehsal etməlidir.

Xeber.ge xəbər verir ki, "İrana baxın, cəmi 35-40 min dollara yaxşı dronlar düzəldirlər. Mən dedim ki, mənə 41 milyon dollara dron lazım deyil, 35-40 min dollara dronlar istəyirəm", - deyə   o bildirib.

Tramp müasir müharibədə pilotsuz təyyarələrin əhəmiyyətinin sübutu kimi Ukraynadakı münaqişəni göstərib.

Amerika lideri ABŞ-ın dünyanın ən yaxşı hərbi pilotsuz təyyarələrini, raketlərini və təyyarələrini istehsal edəcəyinə söz verib və onların ucuz olacağına ümid etdiyini bildirib.

mənbə: oxu24.com