Azyaşlıya qarşı zorakılıq törədən ana və nənə saxlanılıb

Apr 26, 2025 - 12:54
 0  40
Azyaşlıya qarşı zorakılıq törədən ana və nənə saxlanılıb
: :
playing

Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları yetkinlik yaşına çatmayan uşağa qarşı qrup halında məişət zorakılığı ittihamı ilə ana və nənəni saxlayıblar.

Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqın məlumatına görə, 7 yaşlı uşağa anası və nənəsi fiziki zorakılıq tətbiq edib. Uşaq müxtəlif bədən nahiyələrindən çoxsaylı xəsarətlər alıb.

Hadisə isti izlərlə aparılan operativ tədbirlər nəticəsində aşkar olunub və 1981-ci il təvəllüdlü N.Q. və 1955-ci il təvəllüdlü A.Q. saxlanılıb.

Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı prim maddəsinin 2-ci hissəsinin “a” və “d” bəndləri ilə ittiham irəli sürülüb, bu maddə yetkinlik yaşına çatmayan şəxslərə qarşı qabaqcadan razılaşdırılmış məişət zorakılığına görə 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

mənbə: interpress