Azərbaycandan Gürcüstana dəmir yolu ilə sərnişindaşıma BƏRPA OLUNACAQ?
Bu iddia ilə Gununsesi.info saytı məlumat yayıb.
Xeber.ge xəbər verir ki,
Həmçinin qeyd olunur ki, aprel ayından etibarən Bakı-Tbilisi-Bakı qatarı yenidən istifadəyə veriləcək.
Bəs görəsən, sözügedən məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev deyib ki, hazırda Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün beynəlxalq sərnişindaşıma dayandırılıb:
"Bildiyiniz kimi, Nazirlər Kabinetinin qərarı ilə Azərbaycanda xüsusi karantin rejimi davam edir və ölkənin quru sərhədləri bağlıdır. Bu səbəbdən qatarlarla beynəlxalq istiqamətdə sərnişindaşıma həyata keçirilmir".
mənbə: oxu.az