Azərbaycan sərhədi nə vaxt açılacaq ?

Azərbaycan mediasının yaydığı məlumata görə, ölkə ərazisində xüsusi karantin rejimi 1 iyula qədər uzadılıb.
Müvafiq qərar Baş nazir Əli Əsədov tərəfindən imzalanıb.
Qərara görə, koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tətbiq edilən xüsusi karantin rejimi 1 iyula qədər qüvvədə qalacaq.
Xatırladaq ki, Azərbaycanın quru sərhədləri 2020-ci ilin yazından etibarən bağlıdır. Bakı bildirir ki, pandemiya səbəbilə tətbiq edilən karantin rejimi zərurət olduğu müddətcə davam etdiriləcək.
mənbə: Interpress