Axmetada 70 yaşlı kişi odlu silahla yaralanıb

Oct 9, 2025 - 00:51
 0  19
Axmetada  70 yaşlı kişi odlu silahla yaralanıb

Axmeta bələdiyyəsinin Zemo Xodaşeni kəndində 70 yaşlı kişi odlu silahla yaralanıb. Bu barədə məlumatı "Interpressnews" yayıb.

Xeber.ge xəbər verir ki, yerli sakinlər bildiriblər ki, həmin şəxsə öz yaşayış evində atəş açılıb. O, ayaq nahiyəsindən xəsarət alıb. Yaralı klinikaya yerləşdirilib və əməliyyat olunur.

Hazırda münaqişənin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd nəzərdə tutan 19.108-ci maddəsi ilə istintaq aparılır.