Avropa İnsan Haqları Məhkəməsi Gürcüstana qarşı qərar qəbul edib

Dec 11, 2025 - 19:16
 0  44
Avropa İnsan Haqları Məhkəməsi Gürcüstana qarşı qərar qəbul edib

Avropa İnsan Haqları Məhkəməsi “Qavrilov Gecəsi” adlanan iş üzrə qərar çərçivəsində Gürcüstan dövlətini təzminat ödəməyə məcbur edib.

  Strasburq Məhkəməsinin qərarına əsasən, “Tsaava və başqaları Gürcüstana qarşı” işi üzrə dövlət iki ərizəçiyə maddi ziyana görə 75 min avro, digər iki nəfərə isə 85 min avro ödəməlidir.

Qərar qəbul edildiyi gündən üç ay müddətində dövlət şikayətçilərə dəymiş ziyanı ödəməlidir.

Qeyd edək ki, “Tsaava və başqaları Gürcüstana qarşı” işi dedikdə söhbət 2019-cu il iyunun 20-21-də Tbilisidə keçirilən mitinqlərdən, nümayişin xüsusi vasitələrlə yatırılmasından gedir.

mənbə: azertag