“ATƏT/ODİHR-i bizim bələdiyyə seçkilərimizlə yükləməyə ehtiyac yoxdur”

İrakli Kobaxidze bəyan edib ki, 2025-ci il bələdiyyə seçkiləri üçün ATƏT-in Demokratik
Təsisatlar və İnsan Hüquqları Bürosunun (ODİHR) müşahidə missiyasının dəvət olunması zəruri deyil.
“Bilirsiniz ki, belə bir təcrübə var — bələdiyyə seçkilərinə ODİHR müşahidə missiyası dəvət olunurdu. Bəzən istisnalar olurdu, məsələn, 2021-ci ildə də belə bir istisna oldu, çünki həmin seçkilər bir şəkildə Parlament seçkiləri ilə bağlı idi” – deyə Kobaxidze bildirib.
Jurnalistin “Yəni missiya dəvət etməyi planlaşdırmırsınız?” sualına cavab olaraq, o bildirib: “Narahat olmayın”.
Onun sözlərinə görə, bu halda ODİHR-in müşahidə missiyasının dəvəti artıq olardı və bələdiyyə seçkiləri tamamilə şəffaf şəkildə keçiriləcək.
Kobaxidzenin bu bəyanatından əvvəl, 18 iyun tarixində Böyük Britaniyanın Gürcüstandakı səfirliyi Gürcüstan hökumətinə çağırış edərək, oktyabrda keçiriləcək seçkilər üçün ODİHR-in müşahidə missiyasını rəsmi şəkildə dəvət etməyə və təşkilatın tövsiyələrini nəzərə almağa səsləyib.
“Biz Gürcüstan hökumətini ATƏT/ODİHR missiyasını oktyabrda keçiriləcək bələdiyyə seçkilərini müşahidə etmək üçün dəvət etməyə və ODİHR-in 2024-cü il Parlament seçkiləri ilə bağlı yekun hesabatında təqdim etdiyi tövsiyələri nəzərə almağa çağırırıq”, – deyə səfirliyin bəyanatında qeyd olunub.
Böyük Britaniya səfirliyi, həmçinin vurğulayıb ki, illər ərzində Birləşmiş Krallıq Gürcüstanda vətəndaş cəmiyyətinə dəstək göstərib və bu fəaliyyətləri Gürcüstan hökumətinin özü də dəstəkləyib.
mənbə: marneulifm