ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib

Jul 4, 2025 - 13:24
 0  30
ATƏT Parlament Assambleyası Gürcüstanla bağlı qətnamə qəbul edib

ATƏT-in Parlament Assambleyası Gürcüstanda 2024-cü il 26 oktyabr parlament seçkilərindən sonrakı hadisələrə görə narahatlığını ifadə edib.

Bu barədə Assambleyanın qəbul etdiyi “Porto Bəyannaməsi və Qətnamələr” adlı sənəddə qeyd olunub.

Sənəddə Gürcüstan hakimiyyətinə çağırış edilir ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin və cəmiyyətin iradəsini əks etdirən şəffaf və inklüziv siyasi prosesə şərait yaratsın.

“Gürcüstan hakimiyyətinə çağırırıq ki, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsin, vətəndaş cəmiyyəti, müstəqil media, fəallar və nümayişçilər üçün azad və təhlükəsiz mühiti təmin etsin, cəmiyyətin geniş iştirakını əks etdirən və demokratik prinsiplərə əsaslanan şəffaf və inklüziv siyasi prosesə şərait yaratsın. Buna bütün siyasi məhbusların azad edilməsi və Rusiya tipli ‘xarici agentlər haqqında’ qanunun ləğvi də daxildir.

2024-cü il 26 oktyabr parlament seçkilərindən sonra Gürcüstanda baş verən hadisələr, o cümlədən nümayişçilərin, müxalifət liderlərinin və media təmsilçilərinin əsassız həbsləri, zorakılıq və qeyri-insani rəftar barədə vətəndaş cəmiyyəti təşkilatlarının və Gürcüstan Xalq Müdafiəçisinin sənədləşdirdiyi məlumatlara görə dərin narahatlıq ifadə edirik”, – deyə sənəddə vurğulanır.

mənbə: interpress