Almaniyanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşının Azərbaycanda həbs müddəti uzadılıb
Almaniyanın beynəlxalq axtarışa verdiyi Gürcüstan vətəndaşı Qasımov Natiq Əbdürrəhman oğlunun Azərbaycandan ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.
Bu barədə işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Emin Rüstəmovun sədrliyi baxılıb.
Məhkəmədə bildirilib ki, daxil olan sənədlərə əsasən, Natiq Qasımov barəsində Almaniyada qiyabi şəkildə həbs edilməsi barədə qərar qəbul edilib.
Natiq Qasımovun sözlərinə görə, Macarıstanda ona deyiblər ki, avtomobillə təmin ediləcək və dörd Türkiyə vətəndaşını Almaniyaya aparacaq:
"Onlar Türkiyə vətəndaşı idilər. Sonra öyrəndim ki, qanunsuz gəliblər. Daha sonra məni həbs etdilər. Mənə bu işi tapışıranlar dedilər ki, səni 2-3 günə buraxacaqlar. Elə də oldu. Məni buraxaraq qatara mindirdilər. Həmin gün Polşaya qayıtdım. Daha sonra oradan da çıxdım. Sonradan öyrəndim ki, məni beynəlxalq axtarışa veriblər".
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin uzadılmasını istəyib.
Məhkəmə onun barəsində olan həbs qətimkan tədbirinin işə baxılıb yekunlaşdırılmasına qədər uzadılması ilə bağlı qərar qəbul edib.
mənbə: report