Acarıstanda İnterpol tərəfindən axtarılan Türkiyə vətəndaşı saxlanıldı
Polis Acarıstanda İnterpolun qırmızı sirkulyarı ilə axtarışda olan Türkiyə Respublikası vətəndaşını saxlayıb.
XEBER.GE xeber verir ki, saxlanılan şəxs Türkiyə hüquq-mühafizə orqanlarının tələbi əsasında müxtəlif kateqoriyalı cinayətlərə, o cümlədən dələduzluq, bədən xəsarəti yetirmə və hədə-qorxu gəlməyə görə axtarışda idi.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən istintaq tədbirləri nəticəsində axtarışda olan şəxs Acarıstanda saxlanılıb.
Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları həyata keçirilir.