ABŞ Gürcüstanı "daha ağır" nəticələrlə hədələyib

Amerika Birləşmiş Ştatları hökumətin kursunu dəyişməyəcəyi təqdirdə Gürcüstanı "daha ağır" nəticələrlə qarşılaşmaqla hədələyib.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərindən əl çəkməyə və Avro-Atlantik yola qayıtmağa çağırdıq”, - deyə Miller bildirib.
mənbə: apa