61 yaşında biznesmen və siyasətçi Levan Qaçeçiladze vəfat edib

Aug 20, 2025 - 19:14
 0  44
61 yaşında biznesmen və siyasətçi Levan Qaçeçiladze vəfat edib

Biznesmen və siyasətçi Levan Qaçeçiladzenin vəfatı barədə xəbəri ailə üzvləri mediaya təsdiqləyiblər.

Levan Qaçeçiladze parlamentin üzvü, həmçinin prezidentliyə namizəd olub.

Onun ictimai fəaliyyəti 1994-cü ildə "Georgian Wines and Spirits" (GWS) şirkətinin yaradılması ilə başlayıb.

1999-cu ildə ilk dəfə deputat seçilib və 2002-ci ilə qədər "Gürcüstan Vətəndaşlar İttifaqı" partiyasının üzvü olub. 2002-ci ildə isə Davit Qamqrelidze ilə birlikdə "Yeni Sağçılar"

2008-ci il prezident seçkilərində Levan Qaçeçiladze birləşmiş müxalifətin vahid namizədi olub və səslərin 25,7%-ni qazanıb. Müxalifət seçkilərin nəticəsini saxtalaşdırılmış hesab edir və tanımırdı. Seçkilərdən sonra onun qardaşı, müğənni Giorgi Qaçeçiladze (tanınmış "Utsnobi" ləqəbi ilə) "Maestro" telekanalında "Sakan #5" adlı verilişə başlamışdı. Bu dövrdə Tbilisi bir neçə ay ərzində "kameralar şəhərinə" çevrilmişdi.

2025-ci ilin may ayında Levan Qaçeçiladze 7 noyabr aksiyasının dağıdılması ilə bağlı ifadə vermək üçün mübahisəli legitimliyə malik parlamentin istintaq komissiyasının iclasında iştirak edib. Komissiyaya keçmiş ədliyyə və mədəniyyət naziri Tea Tsulukiani rəhbərlik edir və o, Birləşmiş Milli Hərəkat hökuməti dövründə baş vermiş cinayətləri araşdırır.

mənbə: marneulifm