6-cı sinif şagirdi cəmi 7 aya hafizi-Quran oldu
Türkiyəli Kərəm Saylan çox qısa bir müddətdə hafizi-Quran olmağı bacarıb.
O, Qurani-Kərimin əzbərlənməsi prosesinə bu ilin 1 aprel tarixində başlayıb.
6-cı sinifdə oxuyan 11-yaşlı Kərəm bu işə cəmi 7 ay sərf edərək hifz prosesini 16 dekabr tarixində başa çatdıra bilib.
Kərəm deyib ki, ən böyük arzusu həm yaxşı bir hafizi-Quran olmaq, həm də mühəndis olmaqdır.
mənbə: azshafaqna.com