16 yaşlı oğlanın ov tüfəngi açılıb -azyaşlı qız xəsarət alıb

Xobi bələdiyyəsinin kəndlərindən birində 16 yaşlı oğlanın ov tüfəngi açılıb, nəticədə azyaşlı qız xəsarət alıb.
Xeber.ge xeber verir ki, mövcud məlumata görə, yeniyetmələr nənələrinin ad günündə olarkən hadisə baş verib. Qızın yuxarı ətraflarında, sinə və baş nahiyəsində xəsarətlər var. Yayılan xəbərlərə görə, onlar bibi-əmi uşaqlarıdırş
Yaralanan qız əvvəlcə Poti xəstəxanasına aparılıb və orada ilkin təcili yardım göstərilib. Daha sonra isə müvafiq profilli klinikaya köçürülüb.
Yaxınlarının məlumatına görə, qızın vəziyyəti ağırdır.
Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan az ağır və ya ağır sağlamlığa zərər vurma) maddəsi ilə istintaq aparılır.