13 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb
Son günlər ərzində 13 xarici ölkə vətəndaşı Gürcüstandan çıxarılıb.
Xeber.ge xəbər verir ki,
Qurumun məlumatına görə, Miqrasiya Departamenti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkmənistan, İran, Kuba, Türkiyə, Tayland və Azərbaycanın cəmi 13 vətəndaşı ölkədən çıxarılıb.
Qeyd edək ki, ötən il ərzində Gürcüstandan çıxarılan xarici ölkə vətəndaşlarının ümumi sayı 1311 nəfər təşkil edib. Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, ölkədən çıxarılan şəxslərin Gürcüstana girişinə qadağa qoyulub.