Əməl dəftəri
Şübhəsiz ki, əməl dəftəri kitab, dəftər və adi məktub növündən deyil və buna görə də bəzi təfsirçilər bu əməl dəftəirnin bütün əməllərin yazıldığı “insan ruhundan” başqa bir şey olmadığını demişlər.
“İsra” surəsinin 13-cü ayəsində deyilir: “Hər bir insanın (əməlinin qeybdən onun üçün qərara alınaraq tərəfinə uçmuş gözəl və ya uğursuz) taleyini (boyunduruq kimi) onun boynunda zəruri və sabit etdik. Qiyamət günü onun üçün, açıq şəkildə görəcəyi bir yazı çıxararıq”. Bu və bunun kimi ayələrdən istifadə olunur ki, insanın bütün əməlləri bütün təfərrüatları ilə bir məktubda qeyd olunur və Qiyamət günü o, yaxşı bir şəxs olarsa, əməl dəftəri sağ əlinə, əgər pis bir şəxs olarsa, sol əlinə verilir.
Şübhəsiz ki, əməl dəftəri kitab, dəftər və adi məktub növündən deyil və buna görə də bəzi təfsirçilər bu əməl dəftəirnin bütün əməllərin yazıldığı “insan ruhundan” başqa bir şey olmadığını demişlər. Çünki bizim etdiyimiz hər bir əməl istəsək də, istəməsək də ruhumuza təsir edir.
Şübhəsiz ki, Quran ayələrində və rəvayətlərdə əməl dəftərindən geniş şəkildə bəhs edilməsi, xüsusilə nəzərə alsaq ki, əməllərin, sözlər və niyyətlərin bütün təfərrüatları, orada qeyd olunur, ilk növbədə onun tərbiyəvi təsirinə görədir. Hər zaman yanında maqnitofon və tam təchiz olunmuş videoçəkiliş aparatının olduğunu və fərdi həyatında və cəmiyyət içərisində bütün əməllərinin çəkildiyini, həmçinin bütün bu filmlərin danılmaz bir dava şəklində böyük bir ədalət məhkəməsində təqdim olunacağını bilən şəxs, şübhəsiz ki, öz hərəkətlərinə, rəftarlarına və danışığına tam diqqətli olacaq, güclü təqva onun batini və zahiri varlığına hakim olacaqdır.
Böyük-kiçik hər əməlin olduğu əməl dəftərinə və gecə-gündüz insanların yanında olan və bu əməlləri yazmağa məsul olan mələklərə iman, Məhşər səhnəsində hər kəsin gözü qarşısında əməl dəftərinin açılacağına və bütün gizli günahların orada aşkar ediləcəyinə, dost və düşmən arasında rüsvayçılığa səbəb olacağına iman, günahlardan çəkinməklə nəticələnir.
Əksinə, yaxşı iş görən insanların əməl dəftərləri onların nüfuzuna, etibarına və şərəfinə səbəb olur. Bu, film misalında deyilənlərdən daha üstün və təsirlidir və yaxşı işlər görmək üçün mühüm motivasiya olacaqdır. Amma bəzən imanın zəifliyi, bəzən isə qəflət pərdəsi insanları bu mühüm həqiqətlərdən uzaq olmasına səbəb olur. Əks halda, bu Quran prinsipinə inanmaq hər bir insanın tərbiyəsi üçün kifayətdir.
mənbə: iqna