Zurabişvili aksiya başlatdı: Bu, xalqa qarşı müharibədir! - Video

Oct 28, 2024 - 21:54
 0  56

Oktyabrın 26-da keçirilən parlament seçkilərinin nəticələrinə etiraz etmək üçün minlərlə insan Tiflisin mərkəzində parlament binası qarşısına toplanıb.

Aksiyanı Gürcüstan Prezidenti Salome Zurabişvili təşkil edib.

“Buradakı hər kəsə demək istəyirəm ki, siz seçkilərdə uduzmadınız, onlar sizin gələcəyinizi oğurlamağa çalışdılar, amma heç kimin buna haqqı yoxdur”, - Zurabişvili aksiyadakı çıxışında bildirib.

O qeyd edib ki, 26 oktyabrda seçkilərin total şəkildə saxtalaşdırılması baş verib:

“Saxtalaşdırmanın bütün mümkün üsullarından istifadə edilib və “saxtalaşdırmanı ört-basdır etmək üçün müasir texnologiyalar tətbiq olunub. Son seçkilər xüsusi əməliyyat və xalqa qarşı “hibrid müharibə”nin təzahürüdür”.

Qeyd edək ki, 26 oktyabrda baş tutan seçkilərdə hakim Gürcü Arzusu 53,93% səslə qalib gəlib. Parlamentə düşməyi bacaran 4 müxalif koalisiya və Prezident Zurabişvili isə seçkilərin saxtalaşdırıldığını elan edib və nəticələri tanımayıb.

mənbə: axar