Tbilisidə keçid körpüsü adlanan ərazidə mağazalar yanır-VİDEO
Tbilisidə Stansiya meydanı ərazisində, “keçid körpüsü” adlanan yerdə mağazalarda yanğın baş verib.
XEBER.GE xeber verir ki, “TVPirveli”yə Fövqəladə Halların İdarəetmə Xidmətindən bildirilib ki, hadisə yerinə yanğınsöndürən-xilasedici briqadalar səfərbər olunub.
Yerli sakinlərin sözlərinə görə, ərazidə ən azı 8 yanğınsöndürən avtomobil işləyir.