Zurab Caparidze prokurorluğa çağırılıb

Apr 11, 2025 - 19:25
 0  16
Zurab Caparidze prokurorluğa çağırılıb

Dəyişikliklər Koalisiyasının liderlərindən biri Zura Caparidzenin sözlərinə görə, o, prokurorluğa çağırılıb.

Bu barədə Caparidze sosial şəbəkədə yazıb.

Onun yazdığına görə, məsələ onun parlamentdə yaradılmış müvəqqəti istintaq komissiyasının qarşısına niyə gəlməməsindən gedir.

"İndi “prokurorluq” məni çağırıb, niyə Tsulukianiyə getmədiyimi soruşur, sonra isə “məhkəmə” məni çağırıb  niyə prokurorluğa getmədiyimi soruşacaq"- Caparidze sosial şəbəkədə yazıb.

Məlumat üçün bildirək ki, Milli Hərəkat hökumətinin fəaliyyətini araşdıran parlamentin müvəqqəti istintaq komissiyası aprelin 8-də Nika Qvaramiya, Zurab Caparidze və Givi Tarqamadze ilə bağlı komissiyaya gəlmədikləri üçün prokurorluğa müraciət edib.

mənbə: interpress