Yuxarı Lars yük maşınları üçün bağlandı

Dec 8, 2025 - 11:39
 0  24
Yuxarı Lars yük maşınları üçün bağlandı

Yuxarı Lars keçid məntəqəsi Gürcüstandan Rusiyaya gedən ağır yük maşınları üçün bağlanıb.

Bu barədə Gürcüstan Avtomobill Yolları Departamentinin məlumatında deyilir.

"Mtsxeta-Stepantsminda-Lars beynəlxalq avtomobil yolunun Qudauri-Kobi hissəsi qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələri üçün müvəqqəti olaraq bağlanıb. Keçid minik avtomobilləri üçün açıqdır”, - deyə bildirilib.

Qeyd edək ki, Yuxarı Lars keçid məntəqəsi hazırda Ermənistanı Rusiya ilə (Gürcüstan vasitəsilə) birləşdirən yeganə quru yoludur.

mənbə: axar