Xelvaçauridə avtomobildə kişi cəsədi tapıldı
Xelvaçauri bələdiyyəsinin Axalsopeli kəndində avtomobildə kişi cəsədi tapılıb.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı "Ajara Times" yayır.
Nəşr yazır ki, versiyalardan birinə görə, şəxs bir neçə gün əvvəl vəfat edib.
Daxili İşlər Nazirliyi hadisə ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) üzrə istintaqa başlayıb.
Hələlik əlavə təfərrüatlar məlum deyil — məlumat yenilənəcək.