“Xanım Salome [Zurabişvili] əşyalarını toplamaqla məşğul olmalıdır” - Papuaşvili
“Xanım Salome [Zurabişvili] əşyalarını toplamaqla məşğul olmalıdır”.
Bunu parlament sədri Şalva Papuaşvili jurnalistlərə açıqlamasında deyib.
"Xanım Salomenin bu vəzifədə cəmi bir neçə cümə günü qalıb və onun yerində olan şəxs vəzifəsindən getmək üçün öz əşyalarını toplamaqla məşğul olmalıdır", - Şalva Papuaşvili deyib.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvəl Gürcüstanın baş naziri İrakli Kobaxidze Bakıya səfəri zamanı gələn ilin əvvəlindən Gürcüstanda yeni prezidentin seçiləcəyini açıqlamışdı. Kobaxidzenin sözlərinə görə, bu, yanvarın əvvəlində baş verəcək.
mənbə: interpress