Valyuta mübadilə məntəqəsinə silahlı hücum olub

Telavi şəhərində valyuta mübadilə məntəqəsinə silahlı şəxs hücum edib.
Hadisə dünən Erekle II prospektində baş verib.
Şahidlərin sözlərinə görə, odlu silahla silahlanmış şəxs məntəqəyə daxil olaraq pul tələb edib. Lakin o, istədiyi məbləği götürə bilməyib. Polis hadisə yerindəcə hücumçunu saxlayıb.
Faktla bağlı istintaq davam etdirilir.
mənbə: interpress