Uçqun təhlükəsi olan sahələrdə "dayanmadan keçid" rejimi tətbiq edilib

Apr 10, 2026 - 12:56
 0  22
Uçqun təhlükəsi olan sahələrdə "dayanmadan keçid" rejimi tətbiq edilib

Əlverişsiz hava şəraiti avtonəqliyyatın hərəkətində problemlər yaradıb, bu səbəbdən bəzi yol sahələrində məhdudiyyətlər tətbiq olunub.

Xeber.ge xəbər verir ki, bu barədə Avtomobil Yolları Departamentinin saytında yerləşdirilən məlumatda deyilir.

Gürcüstan-Rusiya sərhədinə ("Yuxarı Lars" keçid məntəqəsi) aparan yolda yüksək uçqun təhlükəsi səbəbindən bütün növ nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

Xüsusilə, Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, beynəlxalq əhəmiyyətli Msxeta-Stepantsminda-Lars avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində müvəqqəti qadağa tətbiq olunub.

Agentlikdən verilən məlumata görə, Mleta-Qudauri hissəsində avtonəqliyyatın hərəkəti "dayanmadan keçid" (bezoştanovoçnıy proyezd) rejimində həyata keçirilir. Bu rejim nəqliyyatın qar uçqunu ehtimalı olan zonalarda qalma müddətini minimuma endirmək üçün nəzərdə tutulub.

Qar yağması səbəbindən Nakeralla aşırımında ağırtonnajlı avtomobillər üçün məhdudiyyətlər tətbiq edilib. Konkret olaraq, dövlət əhəmiyyətli Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun 39-60-cı kilometrliyində, həmçinin Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali yolunda qoşqulu və yarımqoşqulu nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib.

Digər növ nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.