Türkiyə və Gürcüstan yük daşımalarını elektronlaşdırdı
Gürcüstan və Türkiyə beynəlxalq avtomobil yük daşımaları üçün elektron icazə sistemini işə salıb.
Bunu Gürcüstan Quru Nəqliyyatı Agentliyinin direktoru Bakur Mikadze deyib.
O bildirib ki, artıq hər iki ölkənin daşıyıcıları bütün lazımi icazələri tamamilə elektron şəkildə əldə edə biləcək:
“Yeni sistem məlumat mübadiləsini sürətləndirəcək, təhlükəsizləşdirəcək, inzibati gecikmələri azaldacaq və beynəlxalq yol daşımalarının idarə edilməsini daha səmərəli edəcək. Rəqəmsal mexanizmin tətbiqi Gürcüstanın regional tranzit mərkəzi kimi rolunu gücləndirəcək”.
mənbə: axar