Texnika mağazasından bahalı kompüter avadanlığı oğurlayan şəxs saxlanıldı
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Didube-Çuqureti Baş İdarəsinin əməkdaşları oğurluq ittihamı ilə əvvəllər məhkum olunmuş bir nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı DİN yayır.
İdarənin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə yerləşən texnika mağazasından qanunsuz olaraq bahalı kompüter texnikasını ələ keçirib və hadisə yerindən qaçmağa cəhd göstərib.
Hüquq-mühafizə orqanları onu “isti izlərlə” saxlayıb, oğurlanmış əşya isə maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə aparılır ki, bu da 5 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.