Telavidə həmkəndlisinə ağır xəsarət yetirən şəxs saxlanılıb
Gürcüstanın Telavi rayonunda sağlamlığa qəsdən ağır zərər vurma faktı üzrə bir nəfər saxlanılıb.
Xeber.ge xəbər verir ki,
İstintaqla müəyyən edilib ki, spirtli içkinin təsiri altında olan təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi, 1979-cu il təvəllüdlü Z.R.-yə qarşı fiziki zorakılıq tətbiq edərək ona ağır bədən xəsarətləri yetirib. Hadisədən sonra D.T. ərazidən qaçsa da, polisin keçirdiyi "isti izlər" əməliyyatı nəticəsində qısa müddətdə yaxalanıb.
Yaralı vətəndaş dərhal xəstəxanaya yerləşdirilib və ona zəruri tibbi yardım göstərilib.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi (Sağlamlığa qəsdən ağır zərər vurma) ilə istintaq aparılır. Təqsirləndirilən şəxsi 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.