Tbilisinin Afrika qəsəbəsində ev yanıb, bir nəfər ölüb- Video
Tbilisinin Afrika qəsəbəsində fərdi yaşayış evində yanğın baş verib. Fövqəladə Halların İdarəetmə Xidmətinin məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub.
XEBER.GE xeber verir ki, qurumun bildirdiyinə görə, yanğın artıq söndürülüb.
Yanğının başvermə səbəbi hələlik məlum deyil. Yerli sakinlərin sözlərinə görə, evdə odun sobası olub və yanğın bununla əlaqədar baş vermiş ola bilər.