Tbilisidə atışma – güllə yaşayış binasındakı mənzilə daxil olub
Tbilisidə, Beliashvili küçəsində naməlum şəxs tərəfindən atılan güllə yaşayış binasının bir neçə mənzilinə daxil olub.
Şahidlərinin sözlərinə görə, beş dəfə atəş açıldığını eşidiblər.
“Beş güllə səsi eşitdik. Biz Beliashvili küçəsində, 16-cı mərtəbədə yaşayırıq. Güllə mətbəxə düşdü, biz isə qonaq otağında idik. Əvvəlcə fişəng səsi kimi düşündük, amma beşinci atəşdən sonra güclü qırılma səsi gəldi”, – deyə zərərçəkənlərdən biri bildirib.
Hadisə ilə bağlı istintaq artıq başlanıb.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə aparılır, bu isə odlu silahın və ya döyüş sursatının qanunsuz əldə edilməsi və saxlanmasını nəzərdə tutur.
mənbə: Interpress