Tbilisidə qanlı hesablaşma: İki nəfər saxlanılıb
Tbilisinin İsanı-Samqori rayonunda qanlı hesablaşma baş verib. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində bir nəfər yaralanıb, cinayəti törətməkdə şübhəli bilinən iki şəxs saxlanılıb.
Xeber.ge xəbər verir ki,
Faktla bağlı 2004-cü il təvəllüdlü D.T. və həmçinin 2004-cü il təvəllüdlü N.F. hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 126-cı (zorakılıq) maddələri ilə cinayət işi açılıb. Saxlanılan şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.