Tbilisidə polis 12 minə yaxın “ekstazi” həbi və digər narkotiklər ələ keçirdi

Sep 16, 2025 - 18:21
 0  21
Tbilisidə polis 12 minə yaxın “ekstazi” həbi və digər narkotiklər ələ keçirdi

Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə keçirilən iki əməliyyat nəticəsində xüsusilə böyük miqdarda müxtəlif narkotik vasitə, o cümlədən 12 minədək “ekstazi” və 520 ədəd “Subotex” həbini müsadirə ediblər.

Bu barədəTbilisi Polis Departamentinin direktoru Vazha Siradze bildirib.

Siradzenin sözlərinə görə, əməliyyatlar zamanı iki nəfər saxlanılıb.

“Keçirilən əməliyyatlar nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 1959-cu il təvəllüdlü J.G. və 1979-cu il təvəllüdlü Latviya vətəndaşı E.K. narkotik cinayətinə görə həbs ediliblər. Onların üzərində, avtomobilində və müvəqqəti yaşadıqları evdə aparılan axtarış zamanı xüsusilə böyük miqdarda narkotik maddə – 12 minədək ‘ekstazi’, 520 ədəd ‘Subotex’, ‘kokain’, ‘MDMA’ və ‘marixuana’ aşkarlanaraq maddi sübut kimi götürülüb. Bundan əlavə, polis narkotik vasitələrin qablaşdırılması üçün materiallar, elektron tərəzilər, yapışqan lentlər və qeyri-qanuni narkotik satışından əldə olunmuş çoxlu pul vəsaiti də aşkarlayıb.

Hazırda istintaq Cinayət Məcəlləsinin 260-cı maddəsi ilə aparılır. Təqsir sübuta yetiriləcəyi halda, bu cinayət 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur”, – deyə Vazha Siradze bildirib.

DİN-in məlumatına görə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ölkə miqyasında fasiləsiz rejimdə davam etdirilir.

mənbə: Intrepress.ge