Tbilisidə övladlarını dilənməyə məcbur edən ata saxlanıldı

Aug 24, 2026 - 12:50
 0  8
Tbilisidə övladlarını dilənməyə məcbur edən ata  saxlanıldı

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları Baş Prokurorluq ilə birgə azyaşlılara qarşı insan alveri (treffikinq) ittihamı ilə bir nəfəri saxlayıblar.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı DİN yayır.

Qurumun bildirdiyinə görə, istintaqla müəyyən olunub ki, saxlanılan kişi psixoloji və fiziki zorakılıq tətbiq etməklə azyaşlı övladlarını Tbilisidə dilənməyə məcbur edirmiş, onların topladığı pulu isə özü mənimsəyirmiş.

Hüquq-mühafizəçilər keçirilmiş istintaq tədbirləri nəticəsində kişini təqsirləndirilən şəxs qismində saxlayıblar.

Hazırda zərərçəkənlər Dövlət Qayğısı və İnsan Alverinin Qurbanlarına, Zərərçəkənlərə Yardım Agentliyinin servis mərkəzinə yerləşdiriliblər, onların sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

İstintaq Cinayət Məcəlləsinin 143²-ci maddəsinin 2-ci və 3-cü hissələri (azyaşlıların treffikinqi) üzrə aparılır ki, bu da 17 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.