Tbilisidə ödəmə terminalı oğurlanıb – Polis şübhəli şəxsi "isti izlərlə" tutub
Gürcüstanın paytaxtında ödəmə terminalını oğurlamaqda şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Xeber.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
DİN-in Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatın təfərrüatları aşağıdakı kimidir:
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə sürətli ödəniş terminalını tam şəkildə yerindən sökərək oğurlayıb və hadisə yerindən qaçıb.
Polisin keçirdiyi operativ-axtarış tədbirləri nəticəsində şübhəli şəxs "isti izlərlə" qısa müddətdə müəyyən edilərək yaxalanıb.
Oğurlanmış ödəmə aparatı polis tərəfindən maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 177-ci maddəsi (Oğurluq) ilə istintaq aparılır. Bu maddənin sanksiyası cinayəti törədən şəxs üçün 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Hazırda hadisənin digər detalları və saxlanılan şəxsin bənzər cinayətlərdə iştirakı araşdırılır.