Tbilisidə “City Mall” yaxınlığında qəza: 8 avtomobilə ziyan dəyib-VİDEO

Nov 22, 2026 - 18:37
 0  10

Tbilisidə, Vaja-Pşavela prospektində, “City Mall” ticarət mərkəzinin yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.

XEBER.GE xeber  verir ki, yayılan məlumata görə, qəza nəticəsində təxminən 8 avtomobilə ziyan dəyib.

Xəsarət alanların olub-olmadığı barədə hələlik məlumat yoxdur.

“Prime Time” hadisənin təfərrüatlarını araşdırır.