Tbilisidə qanlı hesablaşma - 22 yaşlı şəxs yaralanıb

Jan 7, 2026 - 12:21
 0  48
Tbilisidə qanlı hesablaşma - 22 yaşlı şəxs yaralanıb

Tbilisidə 22 yaşlı şəxs bıçaqlanıb — məlumatı Daxili İşlər Nazirliyi yayır. Qurumun məlumatına görə, sağlamlığa qəsdən az ağır zərər vurma ittihamı ilə 30 yaşlı kişi saxlanılıb.

DİN-in bildirdiyinə görə, həmin şəxs Ukrayna vətəndaşıdır.

Xeber.ge xəbər verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 7 yanvar tarixində, Tbilisidə, qarşılıqlı mübahisə zəminində soyuq silahdan istifadə edərək 2003-cü il təvəllüdlü A.R.-ni yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı gənc müvafiq tibbi yardım göstərilməsi məqsədilə klinikaya yerləşdirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə şübhəli bilinən şəxsi "isti izlərlə" yaxalayıblar. Cinayət aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 118-ci maddəsi ilə istintaq aparılır. Bu maddə 2 ilə qədər müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.