Qaracalar kəndində baş verən qətl işi üzrə 2 nəfər saxlanıldı

Jan 7, 2026 - 11:58
 0  20

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları tərəfindən qəsdən adam öldürməyə cəhd, başqasının mülkiyyətinin toxunulmazlığının zorakılıqla pozulması və iki və ya daha çox şəxsə qarşı qrup halında zorakılıq törətmə maddələri ilə

2000-ci il təvəllüdlü E.M. və 1995-ci il təvəllüdlü M.M. saxlanılıb,

1999-cu il təvəllüdlü S.A., 1971-ci il təvəllüdlü A.M. və 1996-cı il təvəllüdlü E.M. isə ifşa edilib.

Xeber.ge xəbər verir ki, məlumatı DİN yayıb.

 Araşdırma nəticəsində müəyyən edilib ki, Qardabani bələdiyyəsində yaşayan 6 nəfər arasında baş verən mübahisə fiziki qarşıdurmaya çevrilib. Qarşıdurma zamanı onlardan biri soyuq silahdan istifadə edərək münaqişədə iştirak edən 2 nəfərə xəsarət yetirib.

 Həmçinin müəyyən edilib ki, hadisədən sonra dava iştirakçılarından biri özünə məxsus avtomobili qəsdən iki nəfərin üzərinə sürüb, nəticədə F.A. hadisə yerində həyatını itirib.

 Təcili tibbi yardım əməkdaşları xəsarət alan 4 nəfəri xəstəxanaya yerləşdiriblər.

 Hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində 2 nəfər isti izlərlə saxlanılıb, 3 nəfər isə ifşa olunub.

 Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu, 160-cı və 126-cı maddələri ilə aparılır ki, bu da 20 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur

.