Gözləri görməsə də, Quran dərsləri keçir
Görmə qabiliyyəti zəif olan Hülya Tanbul İstanbulda yaşayan Quran müəlliməsidir.
Xeber.ge xəbər verir ki,
35 yaşlı Hülya xanım həm də hafizi-Qurandır. O, 21 yaşında ikən Quranı tam şəkildə əzbərləməyə nail olub.
Həmçinin onun iki tələbəsi də Quran hafizi olmağı bacarıb.
Hülya xanım deyir ki, onun şagirdlərinin görmə cəhətdən problemləri yoxdur. Həmin şagirdlər Brayl əlifbasına yiyənləndikdən sonra digər görmə qabiliyyəti zəif və ya ümumən görməyən şagirdlərə müəllimlik keçməyə başlayır. Bu, həm də onları özləri də üçün faydalıdır – yaddaşları güclənir.
mənbə: azshafaqna.com