Tbilisidə 64 yaşlı kişinin ölümü ilə bağlı iki nəfər saxlanılıb

Nov 24, 2026 - 22:21
 0  5
Tbilisidə 64 yaşlı kişinin ölümü ilə bağlı iki nəfər saxlanılıb

Polis Tbilisidə, Qoqebaşvili küçəsində baş verən fiziki qarşıdurma zamanı bir nəfərin ölümü ilə bağlı iki şəxsi saxlayıb.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi “TVPirvel” telekanalına təsdiqləyib.

64 yaşlı Malxaz Topuriya Verada əlbəyaxa dava nəticəsində həyatını itirib. Hadisə noyabrın 24-də günortadan sonra baş verib.

Faktla bağlı Cinayət Məcəlləsinin 117-ci maddəsinin 4-cü hissəsi ilə istintaq başlanıb. Həmin maddə ölümə səbəb olan sağlamlığa qəsdən ağır zərər vurmanı nəzərdə tutur.

Saxlanılan şəxsləri 14 ilədək həbs cəzası gözləyir.