Tbilisidə 450 min dollarlıq dələduzluq edən şəxslər saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluqla Mübarizə İdarəsinin və Detektivlər Baş İdarəsinin əməkdaşları qrup halında xüsusilə külli miqdarda pulu dələduzluq yolu ilə mənimsəmə və saxta sənədlərdən istifadə etmə ittihamı ilə iki nəfəri saxlayıblar.
XEBER.GE xəbər verir ki, Qurumun bildirdiyinə görə, təqsirləndirilən şəxslər saxta sənədlərdən istifadə edərək zərərçəkəni aldadıb və 17 avtomobilin alınması üçün köçürülmüş 450 900 ABŞ dollarını dələduzluq yolu ilə mənimsəyiblər.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər saxta sənədlərdən istifadə edərək zərərçəkəni aldadıb və 17 avtomobilin alınması üçün köçürülmüş 450 900 ABŞ dollarını dələduzluq yolu ilə mənimsədikdən sonra hadisə yerindən qaçıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində cinayəti törədən iki şəxsi təqsirləndirilən şəxs qismində saxlayıblar, daha bir şəxs barəsində isə qiyabi olaraq cinayət təqibinə başlanılıb.
İstintaq Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin "a", 3-cü hissəsinin "b" bəndləri və 362-ci maddəsinin 1-ci hissəsi ilə aparılır ki, bu da 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.