Tbilisi hava limanında 2 nəfər saxlanılıb.

Oct 16, 2025 - 15:14
 0  20
Tbilisi hava limanında 2 nəfər saxlanılıb.

Maliyyə Nazirliyi Gəlirlər Xidmətinin gömrük əməkdaşları Daxili İşlər Nazirliyi Mühafizə Polisi Departamentinin Aviasiya Təhlükəsizliyi İdarəsinin

əməkdaşları ilə birgə keçirdiyi tədbirlər nəticəsində "Tbilisi Hava Limanı" gömrük-keçid məntəqəsində xüsusilə külli miqdarda bəyan edilməmiş qızıl

məmulatlarının ölkədən çıxarılmasının 2 faktının qarşısını alıblar.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı Gəlirlər Xidməti yayıb.

"Xarici ölkə vətəndaşlarının aviasiya təhlükəsizliyi yoxlamasından keçməsi zamanı gömrük əməkdaşları əl yükünə baxış keçirərkən, səyahət

çantalarında 1 kiloqramdan artıq müxtəlif ölçülü qızıl külçələr və sikkələr aşkar ediblər.

Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 431 065 lari təşkil edib.

İşin materialları sonrakı reaksiya məqsədilə Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təqdim olunub," - məlumatda qeyd olunur.