Səudiyyə ABŞ-a bir trilyon sərmayə qoymalıdır!

Jan 24, 2025 - 10:43
 0  62
Səudiyyə ABŞ-a bir trilyon sərmayə qoymalıdır!

Səudiyyə Ərəbistanının ABŞ iqtisadiyyatına 1 trilyon dollar sərmayə qoymağa razılaşacağını gözləyirik.

Xeber.ge xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda videobağlantı ilə çıxışında deyib.

“Bu gün bir çox qəzetdə Səudiyyə Ərəbistanının ABŞ-a azı 600 milyard dollar sərmayə qoyduğuna dair xəbərlər var. Bu rəqəm təxminən 1 trilyon dollara qədər yuvarlanmaq üzrədir. Düşünürəm ki, onlar bunu edəcəklər. Çünki biz onlara çox yaxşı münasibət bəsləyirik", - Tramp bildirib.

mənbə: axar.az