"Silknet" tarifləri dəyişir: İnternet paketləri bahalaşır

Mar 30, 2026 - 15:43
 0  27
"Silknet" tarifləri dəyişir: İnternet paketləri bahalaşır

Gürcüstanın aparıcı rabitə operatoru olan "Silknet" şirkəti 1 may tarixindən etibarən mobil internet paketlərinin qiymətlərində dəyişiklik edəcəyini açıqlayıb.

Xeber.ge xəbər verir ki, şirkətin yaydığı məlumata görə, bütün limitsiz paketlərin qiyməti artacaq, standart paketlərdə isə qiymət sabit qalsa da, internetin həcmi artırılacaq.

Yeni qiymətlər (Limitsiz paketlər):

  • 5 günlük: 7 lari 8 lari
  • 7 günlük: 9 lari 10 lari
  • 15 günlük: 18 lari 20 lari
  • 30 günlük: 32 lari 35 lari

Standart paketlərdə dəyişiklik (Qiymət eyni, həcm daha çox):

  • 5 lari: 800 MB 1000 MB
  • 8 lari: 2000 MB 3000 MB
  • 11 lari: 4000 MB 5000 MB
  • 15 lari: 6000 MB 7000 MB

Qeyd edək ki, yeni tariflər may ayının ilk günündən etibarən qüvvəyə minəcək.