"Silknet" tarifləri dəyişir: İnternet paketləri bahalaşır
Gürcüstanın aparıcı rabitə operatoru olan "Silknet" şirkəti 1 may tarixindən etibarən mobil internet paketlərinin qiymətlərində dəyişiklik edəcəyini açıqlayıb.
Xeber.ge xəbər verir ki,
Yeni qiymətlər (Limitsiz paketlər):
- 5 günlük: 7 lari ➔ 8 lari
- 7 günlük: 9 lari ➔ 10 lari
- 15 günlük: 18 lari ➔ 20 lari
- 30 günlük: 32 lari ➔ 35 lari
Standart paketlərdə dəyişiklik (Qiymət eyni, həcm daha çox):
- 5 lari: 800 MB ➔ 1000 MB
- 8 lari: 2000 MB ➔ 3000 MB
- 11 lari: 4000 MB ➔ 5000 MB
- 15 lari: 6000 MB ➔ 7000 MB
Qeyd edək ki, yeni tariflər may ayının ilk günündən etibarən qüvvəyə minəcək.